• Bakı 27° C

    0.56 m/s

  • USD - 1.7

    EUR - 1.9426

    RUB - 2.2145

Bakıda yarımstansiyadan 10 min manatlıq oğurluq edilib

HADİSƏ

10 Iyul 2026 | 15:32

Bakıda yarımstansiyadan 10 min manatlıq oğurluq edilib

Paytaxtın Xətai rayonunda yerləşən elektrik yarımstansiyalarından birində oğurluq hadisəsi baş verib.

Bakıvaxtı.az xəbər verir ki, naməlum şəxs yarımstansiyadan cərəyan açarları və transformatorun mis şinlərini oğurlayıb.

    Hadisə nəticəsində yarımstansiyaya təxminən 10 min manat maddi ziyan dəyib.

    Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 34 yaşlı Dəyanət Kərimov saxlanılıb. Ondan oğurladığı elektrik avadanlığının bir hissəsi aşkar olunaraq maddi sübut kimi götürülüb.

    Faktla bağlı araşdırma aparılır.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR