• Bakı 27° C

    0.56 m/s

  • USD - 1.7

    EUR - 1.9426

    RUB - 2.2145

“Reuters”: Qətərli vasitəçilər İrana səfər ediblər

SİYASƏT

10 Iyul 2026 | 16:42

“Reuters”: Qətərli vasitəçilər İrana səfər ediblər

Qətərli danışıqlar aparan heyət Tehran və Vaşinqton arasındakı gərginliyi azaltmaq məqsədilə İranda rəsmi şəxslərlə görüşlər keçirir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Məlumata görə, bu məsləhətləşmələr ABŞ ilə koordinasiyalı şəkildə aparılır. Görüşlərin əsas məqsədi tərəflər arasında daha geniş dialoqun davam etdirilməsi üçün şərait yaratmaq, həmçinin ABŞ-İran atəşkəs memorandumunun icrasını müzakirə etməkdir.

Bundan əlavə, tərəflər son eskalasiyaya səbəb olan problemləri, o cümlədən Hörmüz boğazında gəmilərin sərbəst hərəkətinin təmin edilməsi ilə bağlı fikir ayrılıqlarını tənzimləmək niyyətindədirlər.

Xatırladaq ki, Fars körfəzində vəziyyətin gərginləşməsi iyulun 7-nə keçən gecə Hörmüz boğazından keçməyə cəhd edən kommersiya tankerlərinə hücumlardan sonra başlayıb. Hadisənin ardınca ABŞ İrandakı hədəflərə silsilə zərbələr endirib, Tehran isə cavab olaraq regiondakı Amerika hərbi obyektlərinə hücum edib.

Zeynəb Rzayeva


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR