CHP daxilində davam edən "ləğv" müzakirələri fonunda Özgür Özel gələcək planları barədə diqqətçəkən bəyanatlar verib.
Bakıvaxtı.az türk mediasına istinadən xəbər verir ki, o, əsas prioritetlərinin CHP-də qalmaq və partiya üzərində nəzarəti bərpa etmək olduğunu, lakin hüquqi yollar tamamilə tükənərsə, sıfırdan yeni bir siyasi partiya quracaqlarını bildirib.
Özel yeni partiyanın mövcud strukturlara əsaslanmayan tamamilə yeni ad, loqo və təşkilatla yaradılacağını və bu istiqamətdə hazırlıqların getdiyini qeyd edib.
Mümkün erkən seçkilər üçün "ehtiyat plan"larının olduğunu deyən Özel, seçkilərdə iştirak hüququ olan bir partiyanın ehtiyatda saxlanıldığını diqqətə çatdırıb. O, həmçinin 20 iyulda 100 millət vəkili ilə yeni partiya yaradılacağı iddialarını təkzib edərək bu tarixin sadəcə məhkəmə tətilinin başlanğıcı olduğunu vurğulayıb.
Bildirilib ki, yeni partiya qurulacağı təqdirdə millət vəkilləri ilə birlikdə vahid komanda olaraq hərəkət edəcəklərini, bələdiyyə sədrlərinin vəziyyətinin isə ayrıca qiymətləndiriləcəyini əlavə edib. Müxalifət lideri mətbuatda yeni partiyanın adı ilə bağlı yayılan "İstiqlal" və ya "Oktyabr" kimi iddiaların isə həqiqəti əks etdirmədiyini bildirib.
Zeynəb Rzayeva
Bakı 



