• Bakı 26° C

    3.97 m/s

  • USD - 1.7

    EUR - 1.9426

    RUB - 2.2145

Rusiyada prezidentliyə namizəd olmuş şəxs "agent" elan edildi

DÜNYA

10 Iyul 2026 | 21:15

Rusiyada prezidentliyə namizəd olmuş şəxs agent elan edildi

Rusiya Ədliyyə Nazirliyi siyasətçi Boris Nadejdini "xarici agent" siyahısına daxil edib.

Bakıvaxtı.az xəbər verir ki, nazirlik buna əsas kimi onun icazəsiz mitinq və piketlərdə iştirak çağırışlarını göstərib.

Siyasətçi xarici agentlərin materiallarını hazırlayıb yaymaqda, arzuolunmaz təşkilatların kontentini təqdim etməkdə, habelə Rusiya hakimiyyətinin qərarları, dövlət siyasəti və ölkənin seçki sistemi barədə yalan məlumatlar yaymaqda da ittiham olunur.

Xatırladaq ki, o, 2024-cü il prezident seçkisində namizədliyini irəli sürmüşdü./Publika.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR