• Bakı 27° C

    0.56 m/s

  • USD - 1.7

    EUR - 1.9426

    RUB - 2.2145

Bayram Səfərovun bacısına vəzifə verildi

CƏMİYYƏT

10 Iyul 2026 | 16:40

Bayram Səfərovun bacısına vəzifə verildi

Kəmalə Səfərova Şuşa Müalicə-Sağlamlıq Mərkəzinin baş direktoru vəzifəsinə təyin olunub.

Bakıvaxtı.az Qaynarinfo-ya istinadla xəbər verir ki, bununla bağlı müvafiq əmr imzalanıb.

Kəmalə Səfərova uzun illər Bakının Yasamal rayonunda fəaliyyət göstərən Şuşa Rayon Mərkəzi Xəstəxanasının direktoru vəzifəsində çalışıb. O, ötən ilin may ayında istifadəyə verilən Şuşa Müalicə-Sağlamlıq Mərkəzinə rəhbərlik etmək üçün fəaliyyətini bundan sonra Şuşa şəhərində davam etdirəcək. 

Bakıda fəaliyyət göstərən Şuşa Rayon Mərkəzi Xəstəxanasına isə müəssisənin baş həkimi Mətanət Bünyadova rəhbərlik edəcək.

K.Səfərova Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərovun bacısıdır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR