• Bakı 25° C

    2.21 m/s

  • USD - 1.7

    EUR - 1.9425

    RUB - 2.0166

Moskvada suşi yeyən 19 nəfər zəhərlənib

DÜNYA

11 Iyul 2026 | 00:11 | Müəllif: Subhan Mahmudov

Moskvada suşi yeyən 19 nəfər zəhərlənib

Moskva vilayətinin Zaraysk şəhərində 19 nəfər kafeyə getdikdən sonra zəhərlənmə əlamətləri ilə xəstəxanaya müraciət edib.

Adalet.az xəbər verir ki, bu barədə İstintaq Komitəsinin Moskva vilayəti üzrə Baş İstintaq İdarəsi öz "Telegram" kanalında məlumat yayıb.

İdarənin məlumatına görə, insanlar iyulun 9-u və 10-da tibb müəssisəsinə yerləşdiriliblər. Onlardan 16-sının eyni kafedə yemək yediyi müəyyən edilib. Zərərçəkənlər arasında yetkinlik yaşına çatmayan yeddi şəxs var.

Onların hamısı suşi yeyib. Hazırda zəhərlənənlərə tibbi yardım göstərilir. Moskva vilayəti Səhiyyə Nazirliyinin məlumatına görə, 12 pasiyentin vəziyyəti orta ağırdır.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Sentyabr 2026