• Bakı 8° C

    10.25 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

İspaniya yarımfinalda - Fransaya rəqib olur - YENİLƏNİB

İDMAN

11 Iyul 2026 | 01:01 | Müəllif: Subhan Mahmudov

İspaniya yarımfinalda - Fransaya rəqib olur - YENİLƏNİB

Futbol üzrə dünya çempionatında İspaniya Belçikaya qalib gəlib.

Bakıvaxtı.az-ın məlumatına görə, Los-Anceles stadionunda keçirilən 1/4 final mərhələsinin matçında ispanlar 2:1 hesablı qələbəyə seviniblər.

İspaniyanın yarımfindaldakı rəqibi Fransa seçməsi olacaq.

 

***00:52

Futbol üzrə dünya çempionatının İspaniya - Belçika oyununda üçüncü qol vurulub.

Bakıvaxtı.az-ın məlumatına görə, Los-Anceles stadionunda keçirilən 1/4 final mərhələsinin matçında ispanlar hesabda irəli çıxıblar - 2:1.

88-ci dəqiqədə Mikel Merino fərqlənib.

 

***00:08

Futbol üzrə dünya çempionatının İspaniya - Belçika oyununda ikinci hissə başlayıb.

Bakıvaxtı.az-ın məlumatına görə, Los-Anceles stadionunda keçirilən 1/4 final mərhələsinin matçında hesab bərabərdir - 1:1.

Qarşılaşmanı ingiltərəli FIFA referisi Maykl Oliver idarə edir.

10 iyul, 23:50

 

Futbol üzrə dünya çempionatının İspaniya - Belçika oyununda ilk hissə başa çatıb.

Bakıvaxtı.az-ın məlumatına görə, Los-Anceles stadionunda keçirilən 1/4 final mərhələsinin matçında hesab bərabərdir - 1:1.

Qarşılaşmanı ingiltərəli FIFA referisi Maykl Oliver idarə edir.

 

***23:45

Futbol üzrə dünya çempionatının İspaniya - Belçika oyununda ikinci qol vurulub.

Bakıvaxtı.az-ın məlumatına görə, Los-Anceles stadionunda keçirilən 1/4 final mərhələsinin matçında belçikalılar hesabı bərabərləşdiriblər - 1:1.

41-ci dəqiqədə Şarl de Ketelare başla dəqiq oynayıb.

 

***23:34

Futbol üzrə dünya çempionatının İspaniya - Belçika oyununda ilk qol vurulub.

Bakıvaxtı.az-ın məlumatına görə, Los-Anceles stadionunda keçirilən 1/4 final mərhələsinin matçında ispanlar hesabı açıblar - 1:0.

30-cu dəqiqədə Fabian Ruiz fərqlənib.

 

***23:00

Futbol üzrə dünya çempionatının İspaniya - Belçika oyunu başlayıb.

Bakıvaxtı.az-ın məlumatına görə, 1/4 final mərhələsinin matçı Los-Anceles stadionunda keçirilir.

Qarşılaşmanı ingiltərəli FIFA referisi Maykl Oliver idarə edir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

08 Noyabr 2026