ABŞ Prezidenti Donald Tramp Səudiyyə Ərəbistanı vəliəhdi Məhəmməd bin Salmana telefon zəngi edib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı Mətbuat Agentliyi (SPA) məlumat yayıb.
Zəng zamanı iki ölkə arasında əməkdaşlıq münasibətləri və bir sıra sahələrdə onlara dəstək olmaq yolları nəzərdən keçirilib, bir sıra regional və beynəlxalq məsələlər müzakirə edilib və fikir mübadiləsi aparılıb.
Telefon danışığı zamanı ABŞ ilə İran arasında danışıqlar da daxil olmaqla, regiondakı mövcud inkişaflar nəzərdən keçirilib.
Bakı 



