• Bakı 29° C

    7.82 m/s

  • USD - 1.7

    EUR - 1.9452

    RUB - 2.2353

Azərbaycan lideri Monqolustan Prezidentinə təbrik ünvanladı

SİYASƏT

11 Iyul 2026 | 11:38

Azərbaycan lideri Monqolustan Prezidentinə təbrik ünvanladı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Monqolustanın Prezidenti Uxnaaqiyn Xurelsuxa təbrik məktubu ünvanlayıb.

Bakıvaxtı.az xəbər verir ki, təbrik məktubunda deyilir:

"Hörmətli cənab Prezident,

11 İyul – Monqolustanın milli bayramı münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.

Qarşılıqlı hörmətə və etimada əsaslanan Azərbaycan-Monqolustan münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur. Biz xoş ənənələr üzərində qurulmuş bu əlaqələrin hərtərəfli inkişafına xüsusi əhəmiyyət veririk.

İnanıram ki, xalqlarımızın mənafeləri naminə ölkələrimiz arasında dostluq əlaqələrinin daha da möhkəmləndirilməsi, qarşılıqlı maraq doğuran bir sıra sahələrdə əməkdaşlığımızın genişləndirilməsi yolunda bundan sonra da birgə səylər göstərəcəyik.

Bu xoş gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, dost Monqolustan xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram".


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

10 Iyul 2026