• Bakı 29° C

    5.51 m/s

  • USD - 1.7

    EUR - 1.9452

    RUB - 2.2353

Polis son sutkada 83 axtarışda olan şəxsi saxladı

CƏMİYYƏT

11 Iyul 2026 | 10:06

Polis son sutkada 83 axtarışda olan şəxsi saxladı

İyulun 10-da respublika ərazisində qeydə alınan 42 cinayətin, eləcə də əvvəlki dövrlərdən bağlı qalan 5 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Bakıvaxtı.az-a verilən məlumata görə, axtarışda olan ümumilikdə 83 nəfər saxlanılıb. Onlardan 65-i borclu şəxs qismində axtarışda olub və aidiyyəti üzrə təhvil verilib.

Bildirilib ki, narkotiklərlə əlaqəli 21, qanunsuz saxlanılan silah-sursatın aşkarlanması və götürülməsi ilə bağlı isə 2 fakt müəyyən edilib.

Həmçinin cinayət törətməkdə şübhəli bilinən 45 nəfər saxlanılaraq istintaqa təhvil verilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

10 Iyul 2026