• Bakı 28° C

    2.85 m/s

  • USD - 1.7

    EUR - 1.9633

    RUB - 2.1023

Qadın basketbolçularımız Rumıniyanı məğlub etdi

İDMAN

11 Iyul 2026 | 20:19

Qadın basketbolçularımız Rumıniyanı məğlub etdi

Azərbaycanın qadınlardan ibarət basketbol üzrə U-20 millisi Bolqarıstanın Samokov şəhərində keçirilən Avropa çempionatının B divizionunda Rumıniya yığmasını məğlub edib.

Bu barədə Bakıvaxtı.az-a Azərbaycan Basketbol Federasiyasından məlumat verilib.

9-14-cü yerlər uğrunda oyun millinin 64:50 hesablı qələbəsi ilə yekunlaşıb.

Komanda son oyununu sabah, Bakı vaxtı ilə saat 19:00-da İsveçrə yığmasına qarşı keçirəcək. Milli bu görüşdə qalib gəlsə, Avropa çempionatını 10-cu sırada bitirəcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR