• Bakı 28° C

    8.39 m/s

  • USD - 1.7

    EUR - 1.9452

    RUB - 2.2353

Türkiyədə kişi çağırışa gedən polisi güllələyib öldürdü - FOTO

DÜNYA

11 Iyul 2026 | 17:56

Türkiyədə kişi çağırışa gedən polisi güllələyib öldürdü - FOTO

Türkiyənin Eskişehir vilayətinin Mihalıççık rayonunda ailə münaqişəsi ilə bağlı çağırışa gedən polis əməkdaşları silahlı hücuma məruz qalıb.

Bakıvaxtı.az xəbər verir ki, hadisə rayonun Narlı məhəlləsində baş verib.

Belə ki, ailə üzvləri ilə mübahisə edən İbrahim G. ov tüfəngi ilə havaya atəş açmağa başlayıb.

Kişi onunla danışmağa çalışan əməkdaşlara və məhəllə muxtarı Mutlu Şahinə atəş açıb.

Hücum nəticəsində yaralanan jandarma uzman çavuşu Mehmet Demirbaş xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Daha bir polis nəfəri və məhəllə muxtarı Mutlu Şahin yaralanıb.

Şübhəli İbrahim G. isə zərərsizləşdirilib./Qafqazinfo


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

10 Iyul 2026