• Bakı 28° C

    6.59 m/s

  • USD - 1.7

    EUR - 1.986

    RUB - 2.0505

Ermənistan ordusunda ÖLÜM artır: NƏ BAŞ VERİR?

SİYASƏT

25 Avqust 2026 | 14:00

Ermənistan ordusunda ÖLÜM artır: NƏ BAŞ VERİR?

"Ermənistan ordusunda qeyri-döyüş şəraitində baş verən itkilər son illərdə kifayət qədər artır. Təkcə bu il ərzində orduda  qeyri-döyüş şəraitində 11-dən çox ölüm halı qeydə alınıb. Ümumilikdə isə hərbi xidmətlə birbaşa bağlı olmayan, lakin hərbi qulluqçuların ölümü ilə nəticələnən hadisələrin sayı 30-u ötüb. Bir çox yüngül xəsarət və ya ölümlə nəticələnməyən hallar isə mətbuata ötürülmür, məlumatlar gizlədilir".

Hərbi ekspert Ədalət Verdiyev bunu Ermənistan silahlı qüvvələrindəki mövcud vəziyyəti  Bakıvaxtı.az-a şərh edərkən bildiriib.

Ekspertin sözlərinə görə, kiçik Ermənistan ordusu üçün bu qədər çoxsaylı ölüm halları birbaşa olaraq hərbi hissə və birləşmələrdə intiharların artdığını göstərir:

"Bunun əsas səbəbləri kimi zabitlərin əsgərlərə qarşı nizamnamədən kənar rəftarı, hərbçilərin bir-birini qətlə yetirməsi və idarəetmədəki sistemli çatışmazlıqlar göstərilə bilər. Bütün bunlar son illərdə Ermənistan ordusunda məğlubiyyət sindromu ilə əlaqədar daxili bir xaosun hökm sürdüyünü sübut edir". 

Ə.Verdiyev qeyd edib ki, Ermənistan Müdafiə Nazirliyi bu hallarla effektiv mübarizə üsulu tapa bilmir: 

"Buna görə də müdafiə naziri hər ölüm faktından dərhal sonra diqqəti yayındırmağa çalışır: ya hindistanlı həmkarı ilə telefonla danışır, ya hansısa ölkənin səfiri ilə görüşür, ya da problemlərdən diqqəti uzaqlaşdırmaq üçün hərbi hissələrdəki tikinti proseslərini ziyarət edir".

Hərbi ekspert vurğulayıb ki, Ermənistan ordusunun bugünkü vəziyyəti qənaətbəxş deyil və onlar Vətən müharibəsindəki sarsıdıcı məğlubiyyətdən sonra hələ də özünə gələ bilmir:

"Nizam-intizam bərbad haldadır; zabit və gizirlər arasında təxris olunmaq istəyənlərin sayı sürətlə artır, rəhbərlik isə bu neqativ proseslərin qarşısını almaqda acizdir".

Ədalət Verdiyev hesab edir ki, müvafiq tədbirlər görülmədiyi təqdirdə, bu kimi halların gələcəkdə də davam edə biləcəyi istisna edilmir.

Zeynəb Rzayeva


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Avqust 2026