• Bakı 28° C

    6.59 m/s

  • USD - 1.7

    EUR - 1.986

    RUB - 2.0505

Ermənistanda bu şəxslərə sosial mediadan istifadə qadağası qoyulacaq

CƏMİYYƏT

25 Avqust 2026 | 13:55

Ermənistanda bu şəxslərə sosial mediadan istifadə qadağası qoyulacaq

Ermənistan hökuməti yetkinlik yaşına çatmayanların sosial mediadan istifadəsinə yaş məhdudiyyətlərinin tətbiq edilməsi imkanlarını müzakirə edir.

Bakıvaxtı.az məlumat verir ki, Ermənistan mediasının xəbərinə görə, bu barədə parlamentin Xarici Əlaqələr Komitəsinin sədri Sarqis Xandanyan bildirib.

    “Baş nazirin ideyası çox yaxşı ideyadır. Hökumət bu məsələdə yaş məhdudiyyətlərinin tətbiqi, xüsusən də yetkinlik yaşına çatmayanların sosial mediadan istifadə hüquqlarının məhdudlaşdırılması imkanlarını müzakirə etdiyindən, bu, həqiqətən faydalı ola bilər", - Xandanyan parlamentin iclasında bildirib.

    Qeyd edək ki, daha əvvəl Baş nazir Nikol Paşinyan müxalifətə anonim sosial media hesablarına mümkün qadağa qoyulmasını müzakirə etmək üçün işçi qrupu yaratmağı və müvafiq qanun qəbul etməyi təklif edib.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    24 Avqust 2026