• Bakı 7° C

    10.13 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Bərdədə maşınlar toqquşdu - Xəsarət alanlar var

HADİSƏ

24 Avqust 2026 | 22:01 | Müəllif: Subhan Mahmudov

Bərdədə maşınlar toqquşdu - Xəsarət alanlar var

Bərdə rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Bakıvaxtı.az-ın məlumata görə, hadisə Bərdə-Ağdam avtomobil yolunda qeydə alınıb.

İlkin məlumata görə, “Mercedes” və “Lada” markalı avtomobillərin toqquşması nəticəsində Bərdə rayonunun Zümürxan kənd sakinləri – 1957-ci il təvəllüdlü Nəbiyeva Nərgiz Mahmud qızı və 1978-ci il təvəllüdlü Xudaverdiyev Zaur Zabil oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar təcili tibbi yardım vasitəsilə Bərdə Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır. /Qafqazinfo


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

14 Noyabr 2026