• Bakı 26° C

    4.72 m/s

  • USD - 1.7

    EUR - 1.9877

    RUB - 2.0484

İran 20 nəsil döyüşə bilər - Hatəmi

DÜNYA

24 Avqust 2026 | 21:33

İran 20 nəsil döyüşə bilər - Hatəmi

İran hakimiyyəti ölkənin düşmənin planları və avantürası üçün sınaq meydançasına çevrilməsinə icazə verməyəcək. 

Bakıvaxtı.az xəbər verir ki, bunu İran ordusunun komandanı Əmir Hatəmi deyib.

O bildirib ki, İslam Respublikası daha 20 nəsil öz maraqları uğrunda mübarizə aparmağa hazırdır:

“Düşmən bilməlidir ki, İslam İranı onların planları və macəraları üçün sınaq meydançasına çevrilməyəcək. Silahlı qüvvələr istənilən təcavüzə cavab verəcək və ölkənin müstəqilliyini, ərazi bütövlüyünü və təhlükəsizliyini qətiyyətlə müdafiə edəcək”.

Hatəmi vurğulayıb ki, ölkənin silahlı qüvvələri düşmənin planlarını pozmalı və onlara dünyanın o biri tərəfindən gəlib “Mən bu ölkənin xəritəsini dəyişdirəcəyəm” deyə bəyan edə biləcəyi bir yer olmadığını başa salmalıdır:

“Biz on nəsil, iyirmi nəsil döyüşəcəyik və qətiyyən buna imkan verməyəcəyik. Yeganə yol düşmənə güc yolu ilə istədiklərini edə bilməyəcəklərini başa salmaqdır”./Axar.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR