Mingəçevirdə elektrik xəttində qısaqapanma yanğın təhlükəsinə yol açıb.
Bakıvaxtı.az xəbər verir ki, hadisə Sahil küçəsində qeydə alınıb. 6 min kilovoltluq elektrik yarımstansiyasından mənbəyini götürən elektrik xəttində qısaqapanma baş verib. Partlayışla müşahidə olunan hadisə ərazini qaranlığa qərq edib və yanğın təhlükəsinə yol açıb.
Dərhal hadisə yerinə cəlb olunan FHN-nin yanğınsöndürmə briqadası təlükəni ram edərək yanğın ocağını söndürüb. Hazırda ərazinin elektrik təminatının bərpası işləri aparılır.
Murad İsmayıl




