2006-cı il təvəllüdlü şəxs (qadın) 25.08.2026-cı il tarixində saat 12:10 radələrində Tovuz Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Bu barədə Bakıvaxtı.az-ın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.
Qeyd olunub ki, boyun nahiyəsinin çoxsaylı açıq yaraları diaqnozu təyin edilən pasiyentə zəruri tibbi xidmətlər göstərilib. Hazırda müvafiq şöbədə müalicəsi davam etdirilir, vəziyyəti ağır qiymətləndirilir.
Xatırladaq ki, Tovuzda bıçaqlanma hadisəsi olub. 2006-cı il təvəllüdlü Rufanə Nəbiyeva boğaz nahiyəsindən bıçaqlanıb. O, ağır xəsarətlərlə Tovuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. İnsidenti törətməkdə onun həyat yoldaşı Nəbi Nəbiyev şübhəli bilinir. Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Faktla bağlı Tovuz rayon Polis Şöbəsində araşdırma başlanılıb.
Günəş Mərd




