• Bakı 25° C

    3.13 m/s

  • USD - 1.7

    EUR - 1.986

    RUB - 2.0505

Bakıya 600 israilli gələcək - SƏBƏB

İDMAN

25 Avqust 2026 | 01:04

Bakıya 600 israilli gələcək - SƏBƏB

Çempionlar Liqasında mübarizə aparan “Sabah” pley-off mərhələsinin cavab görüşünə çıxacaq.

Bakıvaxtı.az xəbər verir ki, rəqib bir həftə əvvəl təmsilçimizin Rumıniyada məğlub olduğu “Hapoel Beer-Şeva”dır.

“Bank Respublika Arena” Avropanın bir nömrəli klub turnirinin pley-off və əsas mərhələsinin tələblərinə cavab vermədiyindən, qarşılaşma Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

İndiyə qədər 20 mindən artıq biletin satıldığını nəzərə alsaq, matç günü stadionun tribunalarının tam dolacağını ehtimal edə bilərik.

Maraqlıdır ki, arenada kifayət qədər israilli azarkeş də yer alacaq.

Beer-Şeva təmsilçisi “Sabah”a ünvanladığı müraciətdə qonaq fanatlar üçün 600 yer sifariş edib. Daha dəqiq desək, İsraildən və digər ölkələrdən paytaxtımıza bu qədər tərəfdarın gələcəyi bildirilib.

Onlar üçün ənənəvi olaraq 29-cu sektor ayrılıb.

Odur ki, “Hapoel Beer-Şeva” tribunalardan lazım olan dəstəyi alacaq.

Aprelin 25-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyun saat 20:45-də başlayacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Avqust 2026