• Bakı 26° C

    11.47 m/s

  • USD - 1.7

    EUR - 1.9814

    RUB - 2.0293

"Böyük Köç" DAVAM EDİR: Bu dəfə Qırmızı Bazar və Quzeyxırmana - YENİLƏNİB

SİYASƏT

25 Avqust 2026 | 13:31

"Böyük Köç" DAVAM EDİR: Bu dəfə Qırmızı Bazar və Quzeyxırmana - YENİLƏNİB

Bu mərhələdə Xocavənd şəhərinə 19 ailə (88 nəfər), Qırmızı Bazar qəsəbəsinə 11 ailə (42 nəfər), Quzeyxırman kəndinə isə13 ailə (61 nəfər) köçürülüb.

Bakıvaxtı.az xəbər verir ki, köç karvanı yola salındıqdan sonra doğma yurda qayıdan ailələr yeni yaşayış məntəqələrinə çataraq mənzillərinin açarlarını təhvil alıblar.

    Sakinlər göstərilən dövlət qayğısına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkürlərini bildiriblər.

    ***

    12:51

    İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış proqramı çərçivəsində növbəti köç karvanı Xocavənd rayonuna çatıb.

    Bakıvaxtı.az-ın məlumatına görə, bu mərhələdə Xocavənd şəhərinə, Qırmızı Bazar qəsəbəsinə və Quzeyxırman kəndinə ümumilikdə 48 ailə – 191 nəfər köçürülüb.

    ***

    12:07

    Xocavənd şəhərinə, Qırmızı Bazar qəsəbəsinə və Quzeyxırman kəndinə ümumilikdə 43 ailədən (191 nəfər) ibarət növbəti köç karvanları yola salınıb.

    Bakıvaxtı.az xəbər verir ki, köç edənlər ölkənin müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

    Bu mərhələdə Xocavənd şəhərinə 19 (88 nəfər), Qırmızı Bazar qəsəbəsinə 11 (42 nəfər), Quzeyxırman kəndinə isə 13 ailənin (61 nəfər) qayıdışı təmin edilib.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    25 Avqust 2026