“Real Madrid” La Liqanın II turunda “Espanyol”a karşı keçirilən matçdakı hakimlikdən narazılığını bildirib.
Bakıvaxtı.az xəbər verir ki, Madrid klubunun rəsmi kanalı matçın baş hakimi Xose Mariya Sançes Martinesin və VAR referisi Fiqeroa Vaskesin idarəçiliyini kəskin tənqid edib.
Belə ki, görüşün hələ 3-cü dəqiqəsində kataloniyalıların yarımmüdafiəçisi Aleks Kalatrava madridlilərin vinqeri Vinisius Junioru yerə yıxıb, daha sonra isə ayaqla onun kürəyinə zərbə endirib. Lakin matçın baş hakimi 26 yaşlı ispaniyalı futbolçuya heç bir xəbərdarlıq etməyib.
“Sançes Martines ona sarı kart göstərmədi. Bu, mursiyalı hakimin ilk ciddi qərarı idi və o, VAR otağındakı Fiqeroa Vaskeslə birlikdə elə eyni ruhda da davam etdi. Vinisiusa qarşı qaydalar sırf onu oyundan çıxarmaq məqsədilə pozulurdu və bu hərəkətlər cəzasız qalırdı. Amma Lamine Yamala qarşı ən kiçik qayda pozuntusunda dərhal sarı kart göstərirlər”, – deyə televiziya kanalının aparıcısı bildirib./Qafqazinfo




