• Bakı 8° C

    11.16 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Elxan Mütəllimova vəzifə verildi

CƏMİYYƏT

25 Avqust 2026 | 19:58 | Müəllif: Subhan Mahmudov

Elxan Mütəllimova vəzifə verildi

Elxan Elman oğlu Mütəllimov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DOST Agentliyinin Satınalmalar və təminat departamentinin müdiri təyin edilib.

Bakıvaxtı.az xəbər verir ki, DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov bu barədə əmr imzalayıb.

Elxan Mütəllimov Azərbaycan Memarlıq və İnşaat Universitetində “Menecment” ixtisası üzrə bakalavr, Azərbaycan Kooperasiya Universitetində “Maliyyə bazarları” ixtisası üzrə magistr təhsili alıb.

Əmək fəaliyyətinə 2015-ci ildə bank sektorunda başlayan E.Mütəllimov 2018-2022-ci illərdə özəl sektorda, 2022–2023-cü illərdə DOST Agentliyində, 2023–2026-cı illərdə isə Sosial Xidmətlər Agentliyində çalışıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

08 Noyabr 2026