• Bakı 25° C

    8.02 m/s

  • USD - 1.7

    EUR - 1.986

    RUB - 2.0505

Azərbaycana turist axını niyə azalıb?

CƏMİYYƏT

25 Avqust 2026 | 17:44

Azərbaycana turist axını niyə azalıb?

Azərbaycana turist axınında azalma müşahidə olunur. Bu ilin yanvar-iyul aylarında ölkəyə 191 ölkədən 1 milyon 342,6 min əcnəbi gəlib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 9,2 faiz azdır. Körfəz ölkələrindən gələn turistlərin sayında isə 32,8 faiz azalma qeydə alınıb.

Bakıvaxtı.az xəbər verir ki, turizm eksperti Rəhman Quliyev “Bakupost”a bildirib ki, Körfəz ölkələrindən gələn turistlərin sayındakı azalmanın əsas səbəblərindən biri həmin ölkələrdə davam edən müharibədir.

Onun sözlərinə görə, müharibənin coğrafiyasının genişlənməsi həm Azərbaycana, həm də ümumilikdə dünya turizminə ciddi mənfi təsir göstərir. Körfəz ölkələrində hava limanlarının məhdud fəaliyyət göstərməsi həmin ölkələrin vətəndaşlarının xaricə səfər imkanlarını çətinləşdirir.

Ekspert qeyd edib ki, Asiya ölkələrindən Azərbaycana gələn aviareyslərin böyük hissəsi Körfəz ölkələrinin hava məkanından keçirdi. Hazırda həmin hava məkanında təhlükəsizliklə bağlı məhdudiyyətlər olduğundan aviaşirkətlər uçuşların trayektoriyasını dəyişməli və daha uzun məsafə qət etməli olurlar.

Rəhman Quliyev bildirib ki, bu vəziyyət aviaşirkətlərin xərclərini artırır və əlavə xərclər turpaketlərin qiymətinə də təsir göstərir. Onun sözlərinə görə, aviasiya yanacağının qiymətinin yüksəlməsi də turizm xərclərinin artmasına səbəb olur.

Ekspert vurğulayıb ki, hazırkı geriləmənin Azərbaycan turizmi ilə birbaşa əlaqəsi yoxdur və əsas səbəb xarici amillərdir.

O qeyd edib ki, 2026-2030-cu illəri əhatə edən dövlət proqramının cənab prezident tərəfindən təsdiqlənməsi ilə yaxın gələcəkdə turizmlə bağlı iri layihələrin həyata keçirilməsi turist sayının artmasına səbəb ola bilər.

Rəhman Quliyev hazırkı vəziyyəti müvəqqəti çətinlik kimi qiymətləndirib və bu il daxili turizmin də çoxşaxəli şəkildə inkişaf etdiyini bildirib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR