• Bakı 27° C

    6.59 m/s

  • USD - 1.7

    EUR - 1.986

    RUB - 2.0505

BQR Pakistan nümayəndə heyəti ilə görüşdü

SİYASƏT

25 Avqust 2026 | 16:15

BQR Pakistan nümayəndə heyəti ilə görüşdü

Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Azərbaycanda səfərdə olan Pakistanın Müdafiə Qüvvələri Qərargahının Xarici Hərbi Əməkdaşlıq Baş İdarəsinin rəisi general-mayor Məhəmməd İmran Xan Babarın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Görüşdə ölkələr arasında münasibətlərin dostluq və qardaşlığa söykəndiyini qeyd edən general-polkovnik K.Vəliyev strateji tərəfdaşlığımızın hazırkı vəziyyətindən məmnunluq ifadə edib.

Baş Qərargah rəisi müdafiə qurumlarımızın rəhbər heyətləri arasında həyata keçirilən mütəmadi görüşlərin hərbi əlaqələrimizə yeni dinamika və məzmun qatdığını qeyd edib.

Səmimi qəbula və göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirən general-mayor M.İ.X.Babar qarşılıqlı görüşlərin ölkələrin ikitərəfli hərbi əməkdaşlığına müsbət töhfələr verdiyini bildirib.

Tərəflər həmçinin hərbi təhsil, hərbi-texniki, birgə təlimlər və qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər barədə ətraflı fikir mübadiləsi aparıblar.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Avqust 2026