• Bakı 27° C

    9.84 m/s

  • USD - 1.7

    EUR - 1.9452

    RUB - 2.2353

FIFA DÇ-2026-nın final oyununda istifadə olunacaq ot örtüyünü satışa çıxaracaq

İDMAN

11 Iyul 2026 | 20:12

FIFA DÇ-2026-nın final oyununda istifadə olunacaq ot örtüyünü satışa çıxaracaq

FIFA iyulun 19-da ABŞ-nin Nyu-Cersi ştatının İst-Raterford şəhərində yerləşən "MetLife" stadionunda keçiriləcək 2026-cı il dünya çempionatının final oyunundakı ot örtüyünün hissələrini satışa çıxaracaq.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə FIFA-nın rəsmi mağazasının saytında məlumat verilib.

İyulun 11-dən etibarən satışa çıxarılan suvenir ot örtüyü parçalarının baza komplektasiyasında qiyməti 390 avro (765 manat) təşkil edir.

Hər bir "suvenir" ot örtüyü parçasının ölçüsü 17.5×17.5×17.5 göstərilsə də, bunun düym, santimetr, yoxsa millimetrlə ifadə olunduğu dəqiqləşdirilmir. Təsvir hissəsində alıcılara dünya futbol tarixinin həqiqi bir parçasına sahib olmaq təklif olunur. Suvenir DÇ-2026 loqolu akril qutuda təqdim edilir və ona orijinallığı təsdiqləyən sertifikatın yerləşdiyi USB daşıyıcısı əlavə olunur.

İstehsalçının saytında bu suvenirin müxtəlif əlavə elementlərlə təchiz olunmuş digər versiyaları da təklif edilir. Ən bahalı komplektasiyanın qiyməti təxminən 2 500 avro (4 863 manat) təşkil edir.

FIFA-nın saytında qeyd olunur ki, sifarişlərin göndərilməsinə yalnız dünya çempionatının finalından sonra başlanılacaq. Hazırda çatdırılma yalnız ABŞ, Böyük Britaniya və kontinental Avropadakı ünvanlara mümkündür.

2026-cı il futbol üzrə dünya çempionatı iyunun 11-dən ABŞ, Kanada və Meksikada keçirilir. Turnirin finalı iyulun 19-da ABŞ-nin İst-Raterford şəhərində baş tutacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR