• Bakı 28° C

    8.39 m/s

  • USD - 1.7

    EUR - 1.9452

    RUB - 2.2353

Fransada meşə yanğınları ilə bağlı 30-dan çox şəxs saxlanılıb

DÜNYA

11 Iyul 2026 | 19:01

Fransada meşə yanğınları ilə bağlı 30-dan çox şəxs saxlanılıb

Fransada meşə yanğınları fonunda yaşıllığa qəsdən od vurmaqda şübhəli bilinən 30-dan çox şəxs saxlanılıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə respublikanın daxili işlər naziri Loran Nunes "X" sosial şəbəkəsində məlumat yayıb.

"22 departament üzrə ümumilikdə 32 nəfər qəsdən yanğın törətmək şübhəsi ilə həbs edilib", - deyə nazir qeyd edib.

O, bu cür əməlləri kəskin şəkildə pisləyərək, onların fransız yanğınsöndürənlərinin həyatı üçün ciddi təhlükə yaratdığını xüsusi vurğulayıb.

Hazırda Fransanın cənubunda yerləşən bir neçə regionda güclü meşə yanğınları tüğyan edir. İyulun 10-na olan məlumata əsasən, ölkə ərazisində artıq 25 min hektar meşə sahəsi yanaraq külə dönüb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR