• Bakı 28° C

    8.39 m/s

  • USD - 1.7

    EUR - 1.9452

    RUB - 2.2353

Türkiyədə 100-ə yaxın həkim cəzalandırıldı

DÜNYA

11 Iyul 2026 | 19:34

Türkiyədə 100-ə yaxın həkim cəzalandırıldı

Türkiyənin Səhiyyə Nazirliyi qeysəriyyə əməliyyatları həyata keçirən 100-ə yaxın mama-ginekoloqu cərimələyib və onları müvəqqəti olaraq tibbi fəaliyyətdən kənarlaşdırıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə iyulun 11-də "BirGün" qəzeti məlumat yayıb.

İntizam tədbirləri səhiyyə sahəsində həyata keçirilən yeni milli siyasətin tərkib hissəsidir. Bildirilir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan təbii doğuş praktikasını fəal şəkildə dəstəkləyir və doğuş zamanı cərrahi müdaxilələrin rekord səviyyəsinin azaldılmasının vacibliyini vurğulayır.

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) 2023-cü il üzrə məlumatına əsasən, Türkiyə bu cür əməliyyatların sayına görə təşkilata üzv olan 38 ölkə arasında birinci yerdədir. Belə ki, hər 1 000 doğulan körpəyə təxminən 615 qeysəriyyə əməliyyatı düşür.

2025-ci ildə hökumət doğum səviyyəsinin azalması ilə mübarizə məqsədilə "Ailə onilliyi" proqramına başlayıb. Proqram çərçivəsində ciddi tibbi göstərişlər olmadan özəl klinikalarda qeysəriyyə əməliyyatlarının aparılması qadağan edilib.

Ölkədə qeysəriyyə əməliyyatlarının yüksək sayına görə həkimlərə xəbərdarlıq edilib, onlar barəsində intizam araşdırmaları aparılıb, müvəqqəti olaraq işdən uzaqlaşdırılıblar və prenatal təlim keçməyə məcbur ediliblər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR