Fransada anomal isti hava şəraiti ölkənin müxtəlif bölgələrində təsirini davam etdirir.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə ölkənin milli meteorologiya xidməti "Meteo-France" məlumat yayıb.
Məlumata görə, Fransanın Avropa hissəsində yerləşən 96 departamentdən 37-də isti hava ilə əlaqədar ən yüksək – qırmızı təhlükə səviyyəsi elan olunub.
Bundan əlavə, daha 59 departamentdə narıncı təhlükə səviyyəsi qüvvədədir.
Meteoroloqların proqnozuna əsasən, respublikanın bəzi bölgələrində havanın temperaturu 41 dərəcəyədək yüksələcək.
Xatırladaq ki, iyunun ortalarından etibarən Fransada anomal isti hava şəraiti müşahidə olunur və bir sıra temperatur rekordları qeydə alınıb. İyunun 23 və 24-də ölkə üzrə orta hava temperaturu 30 dərəcə təşkil edib. Həmin günlər Fransada meteoroloji müşahidələr tarixində ən isti günlər kimi qeydə alınıb.
İsti hava şəraiti meşə yanğınlarına səbəb olub, həmçinin insan tələfatı ilə nəticələnib.
Bakı 



