• Bakı 27° C

    9.84 m/s

  • USD - 1.7

    EUR - 1.9452

    RUB - 2.2353

122 yaşlı Bakı–Batumi neft kəməri stansiyası abidələr siyahısına salınır

CƏMİYYƏT

11 Iyul 2026 | 20:51

122 yaşlı Bakı–Batumi neft kəməri stansiyası abidələr siyahısına salınır

Kürdəmir rayonunun Karrar kəndində yerləşən, 1904-cü ildə tikilmiş Bakı–Batumi neft kəmərinin ötürücü nasos stansiyası tarix-mədəniyyət abidələrinin siyahısına daxil edilə bilər.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “apa.az”a Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən məlumat verilib.

Bildirilib ki, sözügedən tikili hazırda dövlət mühafizəsində olan tarix-mədəniyyət abidələrinin siyahısına daxil edilməyib.

Lakin tikilinin tarixi və memarlıq əhəmiyyəti nəzərə alınaraq qeydə alınıb və onun tarix-mədəniyyət abidələrinin siyahısına daxil edilməsi məsələsinə Mədəniyyət Nazirliyi yanında Daşınmaz mədəni sərvətlərin müəyyən edilməsi üzrə Ekspert Şurasının növbəti iclaslarında baxılacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR