• Bakı 27° C

    9.84 m/s

  • USD - 1.7

    EUR - 1.9452

    RUB - 2.2353

Bakıda sağlamlıq mərkəzinin rəhbəri öldürüldü

HADİSƏ

11 Iyul 2026 | 21:28

Bakıda sağlamlıq mərkəzinin rəhbəri öldürüldü

İyulun 9-da Nərimanov rayonu A.Gəraybəyli küçəsində yerləşən “SUDU” sağlamlıq mərkəzinin rəhbəri, paytaxt sakini, 1985-ci il təvəllüdlü Babək Rəhimli baş nahiyəsinə küt alətlə vurularaq öldürülüb.

Bakıvaxtı.az APA-ya istinadən xəbər verir ki, orada işləyən Bakı şəhər sakini, 1988-ci il təvəllüdlü Natiq Fətiyev qətldə şübhəli bilinir.

Onun münaqişə zəminində B.Rəhimlini öldürüb, daha sonra meyiti Salyan rayonu Kürsəngi kəndinin ərazisində yerləşən gölün kənarına atdığı bildirilir.

N.Fətəliyev polis əməkdaşları tərəfindən tutulub.

Araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR