• Bakı 23° C

    5.63 m/s

  • USD - 1.7

    EUR - 1.9324

    RUB - 2.2735

Medvedev Ermənistanı hədələdi

SİYASƏT

28 Iyun 2026 | 18:55

Medvedev Ermənistanı hədələdi

"Rusiya ilə mövcud münasibətlərin pozulması Ermənistan vətəndaşları üçün qaçılmaz ağır fəsadlar yaradacaq".

Bakıvaxtı.az xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini və "Vahid Rusiya" ("Yedinaya Rossiya") Partiyasının sədri Dmitri Medvedev deyib.

O bildirib ki, Qərb Ermənistanı yalnız Rusiyaya qarşı geosiyasi alət kimi görür və Moskva ilə İrəvan arasında normal münasibətlərin saxlanılmasını dəstəkləyən siyasi qüvvələrin siyasi səhnədən kənarlaşdırılmasında maraqlıdır.

Medvedevin sözlərinə görə, uzun illər ərzində formalaşmış əlaqələrin qırılmasının Ermənistanın adi vətəndaşlarına vuracağı ağır zərər Avropa İttifaqı ölkələrini narahat etmir.

"Onilliklər ərzində qurulmuş münasibətlərin pozulmasının sıravi insanların həyatına göstərəcəyi qaçılmaz mənfi təsirlər Avropa İttifaqını maraqlandırmır", – deyə o əlavə edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Iyun 2026