Rusiya Prezidenti Vladimir Putin ölkənin "Böyük İyirmilik" (G20) çərçivəsində fəaliyyətini əlaqələndirən idarələrarası komissiyanın yeni tərkibini təsdiqləyib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiya Prezidentinin sərəncamında bildirilib.
Sərəncama əsasən, komissiyanın sədri vəzifəsinə Rusiya Prezident Administrasiyasının Ekspert İdarəsinin rəisi, dövlət başçısının G20 üzrə nümayəndəsi Denis Aqafonov təyin edilib.
Komissiyanın yeni tərkibinə Prezident Administrasiyasının, Xarici İşlər Nazirliyinin, Sənaye və Ticarət Nazirliyinin, İqtisadi İnkişaf Nazirliyinin, Kənd Təsərrüfatı Nazirliyinin, Energetika Nazirliyinin, Maliyyə Nazirliyinin, Rəqəmsal İnkişaf Nazirliyinin, Təbii Sərvətlər Nazirliyinin, Elm və Ali Təhsil Nazirliyinin, Maarif Nazirliyinin, Əmək Nazirliyinin, Səhiyyə Nazirliyinin, həmçinin Rusiya Mərkəzi Bankının nümayəndələri daxil edilib.
Bakı 



