Bölgədə davam edən hərbi əməliyyatlar nəticəsində qəlpələrin dəydiyi gəmidə olan Qətər vətəndaşı həyatını itirib, daha bir nəfər isə yaralanıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Qətərin Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Sahil Mühafizəsi və Sərhəd Təhlükəsizliyi Baş İdarəsi növbəti yoxlama zamanı göyərtəsində iki nəfər olan gəmilərdən birinin təyin olunmuş vaxtda geri qayıtmadığını müəyyən edib. Bundan sonra şənbə günü axşam saatlarında axtarış-xilasetmə əməliyyatına başlanılıb.
Bazar günü səhər saatlarında xilasedicilər gəmini aşkar ediblər. Araşdırma zamanı məlum olub ki, Qətər vətəndaşı bölgədəki hərbi əməliyyatlar nəticəsində qəlpə xəsarətləri alaraq həlak olub.
Nazirlik bildirib ki, gəmidə olan ikinci şəxs Qətərdə daimi yaşayan ərəb əsilli əcnəbi yaralanıb. O, xəstəxanaya yerləşdirilib və vəziyyətinin stabil olduğu qeyd edilir.
Hadisə ilə bağlı araşdırmalar davam etdirilir.
Bakı 



