• Bakı 22° C

    5.43 m/s

  • USD - 1.7

    EUR - 1.9324

    RUB - 2.2735

Medvedev "Vahid Rusiya"nın seçki siyahısına salınmadı

DÜNYA

28 Iyun 2026 | 23:40

Medvedev Vahid Rusiyanın seçki siyahısına salınmadı

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev qarşıdan gələn parlament seçkilərində hakim "Vahid Rusiya" (Yedinaya Rossiya) partiyasının seçki siyahısından kənarda qalıb. "Meduza" nəşrinin yaydığı məlumata görə, Kremlin bu qərarı partiyanın reytinqini qorumaq məqsədi daşıyır.

Bakıvaxtı.az xəbər verir ki, Vladimir Putinin rəhbərlik etdiyi partiyanın seçki siyahısına Rusiya xarici işlər naziri Sergey Lavrov başçılıq edəcək.

Siyahının ilk beşliyində həmçinin aşağıdakı şəxslər yer alıb:

Sergey Sobyanin — Moskva şəhərinin meri;

Vladislav Qolovin — "Yunarmiya" hərbi-vətənpərvərlik hərəkatının rəhbəri;

Mariya Lvova-Belova — Rusiyanın uşaq hüquqları üzrə müvəkkili (ombudsman);

Yevgeni Poddubnı — Rusiyanın tanınmış "Z-hərbi müxbiri".

Mənbələrin verdiyi məlumata görə, Dmitri Medvedev siyahıya daxil olmaq üçün ciddi cəhdlər göstərsə də, Kreml rəhbərliyi onun namizədliyi ilə risk etməməyə qərar verib.

Bildirilir ki, Medvedevin son illərdəki kəskin ritorikası və nüvə təhdidləri Rusiya cəmiyyətində birbaşa müharibə ilə assosiasiya olunur. Rusiya əhalisinin isə artıq müharibə mövzusundan "yorulduğu" və bu səbəbdən Medvedevin partiyaya gözlənilən səs faizini qazandıra bilməyəcəyi vurğulanır. Ekspertlər onun siyahıdan çıxarılmasını siyasi nüfuzunun tamamilə itirilməsi kimi qiymətləndirirlər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Iyun 2026