• Bakı 22° C

    5.25 m/s

  • USD - 1.7

    EUR - 1.9324

    RUB - 2.2735

Serbiya İran təcrübəsindən istifadə edəcək

DÜNYA

28 Iyun 2026 | 22:50

Serbiya İran təcrübəsindən istifadə edəcək

Serbiya silahların, pilotsuz uçuş aparatlarının (PUA) və digər müdafiə sistemlərinin yerləşdirilməsi üçün yeraltı sığınacaqların yaradılmasında İranın ABŞ və İsraillə hərbi qarşıdurma zamanı əldə etdiyi təcrübədən yararlanacaq.

Bakıvaxtı.az xəbər verir ki, bunu Serbiya Prezidenti Aleksandr Vuçiç ölkənin Silahlı Qüvvələrinin nümunəvi atışlarından sonra jurnalistlərə açıqlamasında deyib.

"Biz İranın nümunəsini tətbiq edəcəyik. Onlar bunu olduqca təsirli şəkildə həyata keçiriblər. Bütün istehsal və infrastruktur yerin altına köçürülüb. Buraxılış qurğuları yer səthinə çıxaraq tapşırığı yerinə yetirdikdən və düşmənin kəşfiyyat vasitələri tərəfindən aşkar edildikdən sonra yenidən yeraltına qayıdır. Onlar ciddi istehsal müəssisələri qurublar və bunların hamısı yerin altındadır", – deyə dövlət başçısı bildirib.

Vuçiç qeyd edib ki, Serbiya on minlərlə PUA istehsal edəcək və bu vasitələrin təhlükəsiz şəkildə gizlədilməsi zəruridir.

Xatırladaq ki, Serbiya prezidenti daha əvvəl ölkənin yaxın vaxtlarda hərbi təyinatlı pilotsuz uçuş aparatlarının istehsalını artıracağını və orduda PUA-ların idarə olunması üzrə xüsusi bölmələrin yaradılacağını açıqlamışdı.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR