"Azərbaycan dövləti Birinci Türkoloji Qurultayın irsinə hər zaman böyük ehtiramla yanaşıb. Cənab Prezident İlham Əliyevin təşəbbüsü ilə bu yubiley tədbirlərinin keçirilməsi Azərbaycan dövlətinin türk dünyasının ortaq elmi və mədəni irsinə verdiyi yüksək dəyərin nümunəsidir".
Bakıvaxtı.az xəbər verir ki, bu fikirləri mədəniyyət naziri Adil Kərimli Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş Türk Dünyası Həftəsinin açılış mərasimində səsləndirib.
Nazir vurğulayıb ki, yubiley tədbirləri Azərbaycanın türk dünyasının elmi, mədəni və mənəvi irsinin qorunmasına və inkişafına verdiyi töhfənin göstəricisidir. O qeyd edib ki, bu istiqamətdə həyata keçirilən layihələr gələcək əməkdaşlıqlar üçün də mühüm zəmin yaradır.
Əli Hüseynov
Bakı 



