Pakistan Əfqanıstanın şərqində gecə hava hücumları həyata keçirərək, Talibanın müxalif fraksiyasını hədəf alıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Pakistanın informasiya naziri Attaullah Tarar məlumat verib.
O, Əfqanıstanın şərqindəki üç əyalətə istinad edərək bildirib ki, Paktiya, Paktika və Kunar əyalətlərində yerləşən üç hədəf dəqiq zərbələrlə məhv edilib :
"Hücum sərhəd bölgələrində quru əməliyyatlarını da əhatə edib. Son illərdə Pakistan Talibanının (TTP) daha radikal, bəzən də müxalif olan « Camaat-ül-Əhrar » qruplaşmasını hədəf alır".
A.Tarar bildirib ki, bu əməliyyatlar şənbə günü gecə ölkənin cənubundakı Karaçidə Pakistan Reyncerləri hərbiləşdirilmiş qüvvələrinin düşərgəsinə edilən hücumdan, eləcə də sərhəd əyalətlərində baş verən son hadisələrdən sonra baş verib.
Əfqanıstanda Pakistanın hava hücumları nəticəsində ən azı 26 nəfər həlak olub.
Qeyd edək ki, fevralın sonlarında ara-sıra baş verən toqquşmalar açıq müharibəyə çevrilib. May ayının ortalarında dərc edilən Birləşmiş Millətlər Təşkilatının hesabatına görə, 1 yanvar - 31 mart tarixləri arasında baş verən zorakılıqlarda ən azı 372 Əfqanıstan vətəndaşı həlak olub.
Məlumat üçün bildirək ki, Pakistan və Əfqanıstan arasındakı münasibətlər Taliban hakimiyyətinin 2021-ci ildə ikinci dəfə hakimiyyəti ələ keçirməsindən sonra pisləşib.
Aydın
Bakı 



