ABŞ və İran nümayəndələri arasında keçiriləcək texniki danışıqların əsas mövzusu Hörmüz boğazında vəziyyətin gərginliyinin azaldılması olacaq.
Bakıvaxtı.az "Axios"a istinadən xəbər verir ki, ABŞ və İran qarşılıqlı hücumları dayandırmaq barədə razılığa gəliblər.
Hər iki tərəfin Hörmüz boğazı ilə bağlı mübahisəni həll etmək üçün Qətərin paytaxtında görüşməyi planlaşdırılır.
ABŞ texniki qrupuna rəhbərlik edən Nik Stüartın danışıqlarda iştirakı gözlənilir.
Anlaşma memorandumuna əsasən, İran boğazdan ticarət gəmilərinin təhlükəsiz keçidini təmin etmək üçün bütün səylərini əsirgəməyəcəyinə söz verib. Buna cavab olaraq ABŞ İran limanlarına qarşı tətbiq edilən blokadanı aradan qaldırıb.
Gülşən Şərif
Bakı 



