• Bakı 22° C

    5.25 m/s

  • USD - 1.7

    EUR - 1.9324

    RUB - 2.2735

Murad Fətiyev Sindao Qran-Prisinin bürünc medalını qazanıb

İDMAN

28 Iyun 2026 | 20:07

Murad Fətiyev Sindao Qran-Prisinin bürünc medalını qazanıb

Çinin Sindao şəhərində keçirilən cüdo üzrə Qran-Pri turnirində Azərbaycan millisinin üzvü Murad Fətiyev bürünc medal qazanıb.

Bakıvaxtı.az xəbər verir ki, 90 kq çəki dərəcəsində çıxış edən cüdoçu üçüncü yer uğrunda görüşdə Qırğızıstan təmsilçisi Erjan Kanatbekovu məğlub edib.

Bununla da Azərbaycan yığması turniri 1 qızıl və 3 bürünc medalla başa vurub. Daha əvvəl Zelim Tçkayev (81 kq) qızıl, Əhməd Yusifov (60 kq) və Hidayət Heydərov (73 kq) isə bürünc medal əldə etmişdilər.

57 ölkənin təmsil olunduğu yarışda Azərbaycan millisi ümumi komanda hesabında dördüncü, kişilər arasında isə üçüncü yeri tutub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Iyun 2026