• Bakı 20° C

    9.88 m/s

  • USD - 1.7

    EUR - 1.9324

    RUB - 2.2735

Almaniyada rekord temperatur

DÜNYA

28 Iyun 2026 | 00:51

Almaniyada rekord temperatur

Almaniyada davam edən isti hava dalğası fonunda növbəti temperatur rekordu qeydə alınıb.

Bakıvaxtı.az xəbər verir ki, Almaniya Meteorologiya Xidmətinin (DWD) məlumatına görə, Saksoniya-Anhalt əyalətinin Yerixover Land bölgəsində yerləşən meteoroloji stansiyada havanın temperaturu 41,5 dərəcəyə çatıb.

Bununla da ötən gün Saarbrükendə ölçülən 41,3 dərəcəlik rekord yenilənib. İsti hava Avropanın digər ölkələrində də rekord göstəricilərlə müşayiət olunur.

Danimarkada 1874-cü ildən bəri ən yüksək temperatur - 37 dərəcə qeydə alınıb. İsveçrənin Bazel şəhərində temperatur 38,8, Çexiyanın Doksani şəhərində isə 40,6 dərəcəyə yüksəlib.

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Iyun 2026