• Bakı 20° C

    9.88 m/s

  • USD - 1.7

    EUR - 1.9324

    RUB - 2.2735

Venesuelada daha bir güclü zəlzələ

DÜNYA

28 Iyun 2026 | 00:05

Venesuelada daha bir güclü zəlzələ

Venesuelanın Araqua ştatının sahillərində 5,4 bal gücündə zəlzələ baş verib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Avropa-Aralıq Seysmoloji Mərkəzi məlumat yayıb.

Bildirilib ki, zəlzələnin episentri ölkənin paytaxtı Karakasdan 60 km qərbdə, yerin 35 km dərinliyində yerləşib.

Tələfat və ya dağıntı barədə məlumat verilməyib.

Qeyd edək ki, iyunun 25-i Venesuelanın şimalında 7,1 maqnitudalı zəlzələ baş verib. ABŞ Geoloji Xidməti (USGS) daha sonra 40 saniyə fərqlə 7,2 və 7,5 maqnitudalı iki yeraltı təkan barədə də məlumat verib. Nəticədə 1430 nəfər həyatını itirib. Ölkədə fövqəladə vəziyyət elan edilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Iyun 2026