• Bakı 11° C

    0.75 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Türkiyə Venesuelaya xilasedici qrup göndərib

DÜNYA

28 Iyun 2026 | 08:59 | Müəllif: Ayyət Əhməd

Türkiyə Venesuelaya xilasedici qrup göndərib

Türkiyənin güclü zəlzələnin nəticələrinin aradan qaldırılması üçün Venesuelaya göndərdiyi humanitar yardım və xilasetmə qrupu paytaxt Karakasa çatıb.

Bakıvaxtı.az "Report"a istinadla xəbər verir ki, 45 nəfər xilasedici, dörd axtarış-xilasetmə iti və iki nəqliyyat vasitəsi ilə yanaşı, 20 hərbçi də qrupda yer alıb.

Daha əvvəl, ABŞ, Meksika və Almaniya kimi ölkələr də Venesuelaya humanitar yardım göndərib.

Xatırladaq ki, iyunun 25-nə keçən gecə Venesuelanın şimalında 7,1 maqnitudalı zəlzələ baş verib. ABŞ Geologiya Xidməti daha sonra 40 saniyə fərqlə 7,2 və 7,5 maqnitudalı daha iki yeraltı təkanın qeydə alındığını bildirib. Ölkə rəhbərliyi fövqəladə vəziyyət rejimi elan edib. Əsas təkanların ardınca 214 afterşok qeydə alınıb. Son məlumatlara görə, Venesuelada təbii fəlakət nəticəsində 1,4 mindən çox insan həlak olub, daha 3,2 mindən çox insan isə müxtəlif dərəcəli xəsarətlər alıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026