“Nəriman Həsənzadənin vəziyyəti ağır-stabil olaraq qalır”.
Bu sözləri Bakıvaxtı.az-a açıqlamasında Azərbaycanın Əməkdar incəsənət xadimi, Xalq şairi Nəriman Həsənzadənin köməkçisi Arif Mehmandost deyib.
O qeyd edib ki, şairin yaddaşı, huşu özündə deyil: “Nə danışır, nə yeriyir, nə yeyir. Süni tənəffüs verilir, yuxudadır. Həkimlər də, biz də geri dönüş gözləyirik. İnşallah”.
Qeyd edək ki, Nəriman Həsənzadə Mərkəzi Klinikada müalicə olunur. O, xroniki orqan çatışmazlığı diaqnozu ilə tibb müəssisəsinə qəbul olunub.
Aydın
Bakı 



