• Bakı 23° C

    3.75 m/s

  • USD - 1.7

    EUR - 1.9324

    RUB - 2.2735

Kallas: Aİ Venesuelaya 5 milyon avro ayırıb

DÜNYA

28 Iyun 2026 | 11:57

Kallas: Aİ Venesuelaya 5 milyon avro ayırıb

Avropa İttifaqı zəlzələdən zərər çəkən Venesuelaya dəstək üçün 5 milyon avro ayırıb.

Bakıvaxtı.az APA-ya istinadla xəbər verir ki, bu barədə Avropa diplomatiyasının rəhbəri Kaya Kallas Venesuela prezidentinin səlahiyyətli nümayəndəsi Delsi Rodrigeslə telefon danışığından sonra X sosial şəbəkəsində yazıb.

    “Mən Venesuelada dağıdıcı zəlzələdən sonra Delsi Rodrigeslə telefon danışığı apardım. Aİ artıq zərər çəkən yaşayış məntəqələrinə təcili yardım kimi 5 milyon avro ayırıb. Biz Avropa Mülki Müdafiə Mexanizmini işə salmışıq və bir neçə üzv dövlət operativ şəkildə axtarış-xilasetmə qrupları, yanğınsöndürənlər və tibb personalı göndərib”, - deyə o, yazıb.

    Kallas əlavə edib ki, Venesuelada xilasedicilərə Aİ-nin “Kopernik” peyk sistemi də dəstək göstərir. Bu sistem yardımın ən çox ehtiyac duyulan ərazilərə yönəldilməsinə kömək edir.

    Qeyd edək ki, zəlzələ Venesuelada iyunun 24-ü axşam saatlarında baş verib. Təxminən 40 saniyə fərqlə 7,2 və 7,5 maqnitudalı iki yeraltı təkan qeydə alınıb. Onların episentrləri Venesuelanın Yaracuy ştatında bir-birindən 10 kilometr məsafədə yerləşib. Zəlzələdən sonra təxminən 300 afterşok baş verib.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    27 Iyun 2026