• Bakı 23° C

    6.13 m/s

  • USD - 1.7

    EUR - 1.9324

    RUB - 2.2735

İran XİN: ABŞ öz öhdəliklərinə heç bir dəyər vermir

DÜNYA

28 Iyun 2026 | 09:07

İran XİN: ABŞ öz öhdəliklərinə heç bir dəyər vermir

ABŞ öz öhdəliklərinə heç bir dəyər vermir.

Bakıvaxtı.az APA-ya istinadən xəbər verir ki, İran Xarici İşlər Nazirliyi bu gün səhər saatlarında ABŞ-ın ölkənin cənub sahillərində yerləşən bir neçə müşahidə və nəzarət obyektinə endirdiyi hava zərbələrini kəskin pisləyib və bunu BMT Nizamnaməsinin, eləcə də müharibənin dayandırılmasına dair memorandumun pozulması kimi qiymətləndirib.

    Nazirlik ABŞ-ı öhdəliklərini pozmaqda ittiham edərək bildirib ki, bu hücumlar ABŞ-ın üzərinə götürdüyü öhdəliklərə heç bir dəyər və etibar vermədiyini göstərir.

    İran Xarici İşlər Nazirliyi, həmçinin vurğulayıb ki, İran BMT Nizamnaməsinin 51-ci maddəsinə əsasən, hər hansı hərbi təcavüzə qarşı öz milli suverenliyini və ərazi bütövlüyünü müdafiə etmək hüququna malikdir.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    27 Iyun 2026