• Bakı 22° C

    5.43 m/s

  • USD - 1.7

    EUR - 1.9324

    RUB - 2.2735

Şəkiyə sel gəldi, kəndlərlə əlaqə kəsildi

CƏMİYYƏT

27 Iyun 2026 | 21:40

Şəkiyə sel gəldi, kəndlərlə əlaqə kəsildi

Şəkidə leysan yağışları bir sıra fəsadlar törədib.

Bakıvaxtı.az xəbər verir ki, Şəkinin Baş Göynük və Baş Şabalıd kəndləri arasından keçən çaya sel gəlib. Güclü sel nəticəsində çaydan keçən yol su altında qalıb və hazırda yol bağlanıb. Nəticədə Baş Şabalıd kəndinin şəhər və ətraf kəndlərlə əlaqəsi kəsilib.

Cunud kəndi ilə də əlaqə kəsilib. Şəkinin Kiş kəndindən yuxarıdakı istirahət mərkəzlərinə gedən kiçik körpü də dağılmaq üzrədi.

Bölgədə qeyri-sabit hava şəraiti davam edir./Apa


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Iyun 2026