İsrail ilə Livan arasında çərçivə sazişi İsrail üçün tarixi hadisə və təhlükəsizlik sahəsində mühüm siyasi nailiyyətdir.
Bakıvaxtı.az xəbər verir ki, bunu İsrailin müdafiə naziri İsrail Katz bildirib.
“Sazişdə təsbit edilmiş əsas prinsiplərdən biri budur ki, Hizbullah Livanın bütün ərazisində tərksilah olunana və İsrailin şimal bölgəsində yaşayan sakinlərin təhlükəsizliyi təmin edilənə qədər İsrail qoşunları Livanın cənubundan geri çəkilməyəcək.
Bu səbəbdən də İsrail qoşunlarını Livandan çıxarmayıb və hazırda onlar cənubi Livanda, o cümlədən Bofor silsiləsində təhlükəsizlik zonasındadır.
Bundan əlavə, İsrail Müdafiə Ordusu (ÇAXAL) İsrailin şimalındakı hərbçilərə və yaşayış məntəqələrinə qarşı hücumların qarşısını almaq üçün sərbəst fəaliyyət imkanlarını qoruyub saxlayır", - deyə Katz əlavə edib./Axat.az
Bakı 



