• Bakı 23° C

    3.35 m/s

  • USD - 1.7

    EUR - 1.9324

    RUB - 2.2735

Luka Modriç mundiallar tarixinə düşdü

İDMAN

28 Iyun 2026 | 10:59

Luka Modriç mundiallar tarixinə düşdü

Xorvatiya millisinin yarımmüdafiəçisi Luka Modriç futbol üzrə dünya çempionatları tarixində məhsuldar ötürmə edən ən yaşlı futbolçu olub.

Bakıvaxtı.az Oxu.Az -a istinadən xəbər verir ki, bu statistika 1966-cı ildən etibarən aparılır.

İyunun 28-nə keçən gecə keçirilən DÇ-2026-nın qrup mərhələsinin III tur matçında Xorvatiya millisi Qananı 2:1 hesabı ilə məğlub edib. Qarşılaşmada Nikola Vlaşiçin qələbə qoluna məhsuldar ötürməni edən Luka Modriç həmin rekorda 40 yaş 291 günlüyündə imza atıb.

Hazırda "Milan" klubunun formasını geyinən təcrübəli yarımmüdafiəçi karyerasında beşinci dünya çempionatında çıxış edir.

Qrupu ikinci pillədə başa vuran Xorvatiya millisi 1/16 final mərhələsində Portuqaliya ilə üz-üzə gələcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Iyun 2026