• Bakı 16° C

    1.45 m/s

  • USD - 1.7

    EUR - 1.9129

    RUB - 2.0186

Kirayədən çıxarıldığı üçün 12 milyona ev aldı

İDMAN

27 Iyul 2026 | 17:47 | Müəllif: Əli Hüseynov

Kirayədən çıxarıldığı üçün 12 milyona ev aldı

Almaniyanın "Bavariya" klubunun fransalı futbolçusu Mişel Olise kirayədə yaşadığı evdən çıxarıldıqdan sonra dəbdəbəli malikanə alıb.

Bakıvaxtı.az xəbər verir ki, Almaniya mətbuatının yaydığı məlumata görə, 22 yaşlı futbolçu Münhenin ən prestijli ərazilərindən birində yerləşən və dəyəri 12 milyon avro olan malikanənin sahibi olub. 

Bildirilib ki, dəbdəbəli evdə qapalı üzgüçülük hovuzu, SPA zonası, müasir idman zalı, geniş qaraj və yüksək səviyyəli təhlükəsizlik sistemi mövcuddur.

Məlumata görə, Mişel Olise "Bavariya"dan ildə 15 milyon avro xalis əməkhaqqı alır. Sponsorluq müqavilələri ilə birlikdə futbolçunun illik gəliri 25 milyon avroya çatır.

Qeyd edək ki, Olise ötən günlərdə ev sahibi ilə yaşadığı anlaşılmazlıq səbəbindən kirayədə qaldığı evi tərk etmək məcburiyyətində qalmışdı.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

03 Oktyabr 2026