48 kq çəki dərəcəsində mübarizə aparan azərbaycanlı yunan-roma güləşçisi Ömər Salmanov 17 yaşadək güləşçilər arasında keçirilən dünya çempionatında yarımfinal görüşünə çıxıb.
Bakıvaxtı.az xəbər verir ki, yarımfinalda o, Rusiya təmsilçisi Soltan İusupovla qarşılaşıb.
Matç rəqibin 3:1 hesablı qələbəsi ilə başa çatıb.
Ö.Salmanov sabah bürünc medal uğrunda qarşılaşmaya çıxacaq.
Xatırladaq ki, Ö.Salmanov 1/8 finalda Avinaş Çetakeyə (Hindistan), 1/4 finalda isə Ali Mortaza Esmaeiliyə (İran) qalib gəlib.
Bakı 



